İlham Əliyev Roma Papasını təbrik etdi

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

“Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.

Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir”, – deyə təbrikdə qeyd olunub.

Prezident İlham Əliyev inandığını bildirib ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərlə uğurla davam edəcək.

media-ziraat-728x90

İlham Əliyev Roma Papasını təbrik etdi

media-hightechnic-468x90

ilham eliyev df485Azərbaycan prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma günü münasibəti ilə təbrik edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Zati-müqəddəsləri, Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın, multikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə müvəffəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə xidmət edəcək. Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, müqəddəs missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq diləyirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600