İlham Əliyev Tacikistana yollanıb
Prezident İlham Əliyev Tacikistana səfər edəcək.
Bu barədə tacik KİV xəbər yayıb.
Məlumata əsasən Azərbaycan prezidenti 16-17 oktyabr tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.
Səfər zamanı Azərbaycan liderinin öz tacik həmkarı Emoməli Rəhmon, bir sıra dövlət rəsmiləri ilə görüşəcəyi planlaşdırılır.
Prezidentlərin iki ölkə arasında iqtisadi əməkdaşlığa dair sənədləri imzalayacağı gözlənilir.