“İlk Avropa Oyunlarına Sən də Qoşul” layihəsi sona çatdı-Foto
Bu gün (13.05.2015) YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi VI Qrant müsabiqəsi çərçivəsində keçirilən “İlk Avropa Oyunlarına Sən də Qoşul” layihəsinin bağlanış mərasimi baş tutub.
Tədbirdə YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov, , layihə rəhbəri Mədinə Ağayeva, BDU THİK sədr müavini Şahin Şərifov və layihənin feal üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elmar Məmmədov acdıqdan sonra “İlk Avropa Oyunları”nın əhəmiyyətindən bəhs edərək gəncləri bu oyunlarda yaxından iştirak etməyə dəvət edib.
Layihə rəhbəri Ağayeva Mədinə layihə boyu aparılan işlər və qazanılan nəticələrdən geniş məlumat verib.
Təqdimat zamanı layihə fəallarının yeni ideya və təklifləri, habelə layihə barədə təəssüratları dinlənilib.