İlk gəmi xəstəxana-Foto
2015-ci ilə ilk rübündə “gəmi xəstəxanası” layihəsi tenderə çıxarılacaq və İstanbulda layihənin istehsalına başlanacaq.
Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı böyük layihə sona çatıb. Bu layihə dünyada ilk “gəmi xəstəxanası” xüsusiyyəti daşıyacaq. Xəstəxananın tikilişinə 300 milyon türk lirəsi sərf olunub.
Gəmini düzəldən firma 25 il xəstəxana olaraq işlətdikdən sonra dövlətə təslim edəcək.
Gəminin istehsal müddəti 2 il, 3 ay planlaşdırılır. 200 nəfərlik xəstəxana hər hansı bir fəlakət və ya müharibə zamanı bölgəyə göndəriləcək.