İctimai sektorun daha bir tanınmış nümayəndəsinin deputatlığa namizəd statusu rəsmiləşib.
Yenicag.az xəbər verir ki, Sosial Strateji Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun iqtisadi inteqrasiya qrupu İdarə Heyətinin üzvü İlqar Hüseynlinin deputatlığa namizədliyi 79 saylı İmişli seçki dairəsi üzrə qeydə alınıb.
Milli Məclisə keçirilmiş bir neçə seçkidə deputatlığa namizəd olmuş İlqar Hüseynli bu kampaniyada maraqlı olan müxtəlif tərəfləri əməkdaşlığa çağırıb:
“Azərbaycanda fəaliyyət göstərən bütün seçki missiyalarını, yerli və beynəlxalq təşkilatları, səfirlikləri, media qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, siyasi partiyaları, yerli hakimiyyət qurumlarını və seçki adminstrasiyasını əməkdaşlığa dəvət edirəm. Artıq İmişli rayonu da dəyişiklik istəyir. Sürprizlərimiz olacaq! Biz qalib gələcəyik”.
Gülşən Şərif
www.yenicag.az