İlqar Mustafayevin 10 milyonluq əmlaklarının SİYAHISI

media-hightechnic-468x90

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük “əmlak imperiyası”​na sahib olduğu məlum olub. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib. 

media-banner_tuq

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır.

Xətai rayonunda – Ağ Şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;

Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;

Səbail rayonunda – Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;

Xəzər rayonu, Şüvələn qəsəbəsi – biri 875,6 m² sahəyə malik olmaqla 2 villa tipli bağ evi;

Pirallahı rayonunda – bağ evi;

Xəzər və Qusar rayonlarında – torpaq sahələri.

Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05