“Bildiyiniz kimi, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük”.
Bu fikirlər ölkə prrzidenti İlham Əliyevin Azərbaycanda pamıqçılığın inkişaf etdirilməsi ilə bağlı keçirdiyi müşavirələrdə səsləndirilib.
Qeyd edək ki,Azərbsycanda kəndtəsərüfatının,xüsusilə də pambıqçılığın inkişafına dövlət səviyyəsində verilən dəstək ondan xəbər verir ki,əhalinin social-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması,regionlarda istehsal edilən məhsulların xarici bazara çıxarılaraq milyonlarla vəsaitin ölkəyə axışını təmin etmək bir nömrəli hədəf kimi götürülüb.
Xarici bazarlara “Made in Azerbayjan” markası altında yüksək keyfiyyətə malik istehsal olunan məhsulların başında isə təbii ki,pambıq gəlir.Bu gün İmişli,Saatlı,Sabirabad rayonlarında əkilən pambıq tarlaları və əkilən pambığın yüksək məhsuldarlıqla yetişdirilməsi dövlətin apardığı siyasətin nə qədər doğru olduğunu ortaya qoyur.Digər bir tərəfdən bu torpaqlar əvvəllər vətəndaşlara pay torpağı kimi verilməsinə baxmayaraq çox təssüflər olsun ki,bu torpaqlardan doğru-dürüst istifadə edilmirdi.Amma hökumətin müvafiq qərarı ilə bu torpaqlar yenidən biraraya gətirilərək ölkı iqtisadiyyatının inkişafına faydalılığı saxlanıldı.
Ancaq bu gün bəzi media orqanları ölkə prezidentinin bu istiqamətdə apardığı siyasətə balta vurmağa yönəlik siyasi xətt tutmaları da gözdən qaçmır. Dövlətin siyasətinə uyğun olaraq vətəndaşlardan pay torpaqlarının alınması və bu torpaqların yerinə vətəndaşalra digər yerlərdə pay torpaqları verilməsini şişirdərək başqa əmalar axtarmalarına hansı adı vermək olar?İmişli rayonunda bu il 18 min hektar pambıq əkilib ki,bu da keçən illə müqaisədə 4 dəfə çoxdu. Bu 18 min hektar torpağın 15 hektarı vətəndaşlara verilən və faydalı torpaqlar olmasına baxmayaraq doğru-dürüst istifadə olunmayan torpaqlardır ki,bu gün o torpaqlarda rayonun büdcəsinə milyonlarla vəsait gətirəcək pambıq əkilib. İmişlidə belə yüksək həddə pambığın əkilməsi də cənab prezidnet İlham Əliyevin çıxışlarında qeyd edtdiyi kimi Azərbaycan dövlətinin bu istiqamətdə ardıcıl sapardığı siyasətə cavab verdiyini, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxaracaq istehsalı artırmaq yönündəki addımların tərkib hissəsi olduğunu göstərir.
“Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır.Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olubdur. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilirdi. Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olmuşdur. Məşğulluq yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər öz həyat şəraitini böyük dərəcədə yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana böyük investisiya cəlb olundu. Əlbəttə, biz o vaxt müstəqil dövlət deyildik və Azərbaycan xalqı onu da unutmamalıdır ki, Sovet İttifaqının tərkibində Azərbaycan iki respublikadan biri olmuşdur ki, öz tələbatını özü ödəyirdi, eyni zamanda, ümumittifaq büdcəsinə də töhfə verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi”-deyən ölkə prezidenti İlham Əliyevin bu sahəyə nə qdər önəm veridiyini açıq-aşkar göstərir. Elə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də nazirlər kabnetinin qərarı əsasında vətəndaşalrdan alınan torpaqlarda əkilən pambıq sahələri ilə bağlı açıqlama verib. İcra başçısı bildirib ki, baş nazirin qərarı ilə İmişlidə 125 mülkiyyətçinin torpağının təyinatı dəyişdirilərək “Gilan Holdinq”ə pambıq əkilməsi üçün verilib: “Həmin sahibkar dəymiş ziyanın ödənilməsini istəyirsə, bilməlidir ki, həmin torpaq dövlətindir.
“Dövlət mülkiyyətində olan torpağı necə özününküləşdirə bilər? Vətəndaşların hamısına torpaq islahatları aparılanda torpaqlar verilib. Onlar bu torpaqlarda pambıq deyil, taxıl, yonca əkirlər, ya da mal-qara təsərrüfatı ilə məşğul olurlar. Əgər təyinat dəyişdirilibsə, buna mən nə edə bilərəm? “Dövlət torpaqları haqqında” qanuna əsasən əgər torpaq dövlət ehtiyacı üçün lazım olarsa, o zaman həmin torpaqlar vətəndaşdan qeyri-şərtsiz olaraq alınır. Əgər onun şikayəti varsa, mülki qaydada məhkəməyə müraciət etsin”.(vətəninfo)
www.yenicag.az