İmişlidə yol qəzası, dörd nəfər xəsarət alıb
İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.













