İmişlidə yanacaq daşıyan avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa