İmran Xana sui-qəsd oldu – YENİLƏNDİ

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, onun kimliyi hələ ki açıqlanmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.

“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, – hökumət başçısı “Twitter@də yazıb.

Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.

*** 16:31

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Yenicag.az xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində sabiq hökumət başçısının yaralandığı bildirilir.

Hadisənin təfərrüatı hələ ki məlum deyil.