İmtahanda ŞOK EKSPERİMENT - Tələbələrin başına qutu keçirtdilər/FOTO

media-hightechnic-468x90

Hindistanda bir kollec, imtahan zamanı tələbələrin bir-birindən köçürməsinin qarşısını almaq məqsədilə onların başına qutu keçirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Karnataka əyalətində baş verib.

Bhagat Pre kollecinin dekanlarından M.B. Satiş açıqlamasında, özünün “kəşf etdiyi” qeyri-adi üsulla bağlı “Başqa yerlərdə edildiyini eşitdikdən sonra, sınamaq üçün biz də etdik” deyib. Satiş sözlərinə belə davam edib, “Heç bir zorlama yox idi. Şəkillərdən də aydın göründüyü kimi, bəzi tələbələr qutu keçirməyib başına. Qutu keçirənlərin bəziləri də 15-20 dəqiqə sonra çıxarıb”.

Qeyd edək ki, mediada yer alan xəbərlərdən sonra, səlahiyyətli şəxslər kollecə gedərək məsələni nəzarət götürüblər.

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600