!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının iclasını keçirdi - Qərarlar qəbul edildi

!Reklam – Yazi

2024-cü ilin iyunun 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və müasir çağrışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması məqsədilə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri, o cümlədən icraatı dayandırılan və uzun müddət məhkəmə baxışında olan cinayət işləri ilə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı ilə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinə üzv təyin edilməsi, bəzi birinci instansiya məhkəmələrinə hakim ştatlarının paylanılması məsələlərinə baxılıb.

İclasda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

COP29

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv