İngiltərə Premyer Liqasına ilk vəsiqənin sahibi məlum oldu

media-hightechnic-468x90

Növbəti mövsüm İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanmış ilk Çempionşip komandası məlum olub.

Yenicag.az xəbər verir ki, “Bernli” 40-cı tur oyununda səfərdə “Midlsbro”ya qalib gəlməklə (2:1) sona altı tur qalmış ilk iki yerdən birini təmin edib. 39 oyunda 76 xal toplamış Vensan Kompaninin komandası 3-cü pillədəki “Luton”u 19 xal üstələyir. “Bernli”nin ehtiyatda bir matçı da var.
Sözügedən klub 2021/22 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq elita ilə vidalaşmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa