Hər gün məişətdə istifadə etdiyiniz əşyalar və davranışlarınızın sizlərə nə kmi zərər verdiyini bilirsinizmi?
Yeniçağ.Az immunitet.az-a istinadən bildirir ki, bəzi şeylər var ki, biz onlardan istifadə etməklə özümüzə zərər veririk.
1. Sampun.
Əgər siz saçlarınızı tez-tez yuyursunuzsa, bu sizin təmizliyinizə səbəb olmaqla yanaşı saçlarınıza zərər verir. Belə ki, saçların özlərinin təbii yağları olur ki, bu yağlar saçlar üçün qoruyucu funksiya daşıyır. Saçların tez-tez yuyulması həmin yağların miqdarının azalmasına səbəb olur və saçlar öz keyfiyyətini itirir.
2. Günəş kremləri.
Yay aylarında dəniz kənarında istifadə eddiyiniz günəş kremləri mürəkəb tərkibli kimyəvi maddələrdən hazırlanmışdır. Bu kremlər dəriyə D vitamininn qəbul edilməsi prosesini dayandırır. Bu kremlərdən nə qədər az istifadə edilərsə, bir o qədər yaxşıdır.
3. Yumurta.
Yumurtanın yuyulub saxlanılması onun qoruyucu təbəqəsinin məhv olmasına səbəb olur. Yuyulmuş yumurtalar ətrafdakı bakteriya və mikrobları daha tez özünə çəkir və istifadəsi zamanı müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
4. Antibakterial gel.
Bəzi insanlar gigiyenalarına diqqət etmələrindən dolayı müxtəlif antibakterial gellərdən çox istifadə edir. Bu gellər dərini qorusa da, tərkibində olan toksiki maddələrin dəri vasitəsilə orqanizmə sorulmasına səbəb olur və orqanizmin immun sistemini zəiflədir.
5. Havatəmizləyici parfümlər.
Otağın havasını təmizləmək üçün istifadə etdiyimiz parfümlər orqanizm üçün çox zərərlidir. Onlar otağa gözəl ətir saçdıqları üçün havanın dəyişilməsini insana unutdurur və tərkibində olan kimyəvi tozcuqlar hava vasitəsilə insanın burun boşluğuna daxil olub allergiyaya səbəb ola bilir.
6. Zəngli saat.
Hər səhər zəngli saat səsinə oyanıb saatı 5 dəqiqə sonraya quraraq yenidən zəng səsinə oyanmaq insanın sinir sisteminə təsir edir. 5 dəqiqədən bir çalınan zəngin səsinə oyanmaq insanı halsız və yorğun edir.
7. Yatağı yığışdırmaq.
İsti günlərdə və ya tərləyib yuxudan durarkən yatağı yığışdırdıqda o zaman nəmdən əmələ gələn gənələr sizi xəstələndirə bilər. Tərləyərkən və isti havalarda yuxudan duran kimi yatağı yığışdırmaq məsləhət deyil. Bu zaman yatağın havalandırılması daha münasib sayılır.
8. Ayağı ayaq üstünə aşırıb oturmaq.
Bu insana rahatlıq versə də, həkimlər bu cür oturmanın insan orqanizminə zərərli olduğunu söyləyirlər. Bu cür oturuş tərzi insanlarda bel ağrılarına və qanın normal axmamasına səbəb olur.
Yeniçağ.Az
www.yenicag.az