“Instagram” və “WhatsApp” çökdü

media-hightechnic-468x90

“Facebook” şirkətinə məxsus “Instagram” və “WhatsApp” sosial şəbəkələrinin işində problemlər yaranıb.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Məlumata əsasən, “Instagram”ın işində texniki problemlər əsasən ABŞ, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələrində, “WhatsApp”ın işində isə əsasən ABŞ, Rusiya, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və digər ölkələrdə müşahidə edilir.

Bildirilir ki, “Instagram”da istifadəçilərin təxminən 76 faizi xəbər lentində, 15 faizi sayta girişdə, 7 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıblar.

“WhatsApp”da problemlərlə bağlı şikayət edən istifadəçilərin təxminən 71 faizi şəbəkəyə qoşulmada, 26 faizi ismarıcların göndərilməsi və alınmasında, 1 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıblar.

Qeyd edək ki, sözügedən sosial şəbəkələrin işində Azərbaycanda da problemlər müşahidə edilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05