Reklam

Reklam

“İnstagram” sosial şəbəkəsinə 5 yeni funksiya əlavə ediləcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, son illərin ən çox istifadə olunan mobil tətbiqlərindən olan “instagram” istifadəçilərini yenidən təəccübləndirməyə hazırlaşır.

1. Portret

Bu funksiya vasitəsilə istifadəçilər selfilərin daha fərqli və keyfiyyətli çıxmasına nail ola biləcəklər.

2. Sinemaqraf

Fotolarda bir hissənin hərəkətli olmasını istəyirsinizsə, sinemaqraf funksiyası əsl sizin üçündür.

3. Səsli və görüntülü zəng

Digər sosial şəbəkələrin uzun müddət əvvəl istifadəyə verdiyi funksiya artıq “instagram”da da aktiv olacaq.

4. Mesajları tənzimləmə

Sizə göndərilmiş mesajları favoritlərə əlavə edə, oxunmuş və ya oxunmamış kimi qeyd edə biləcəksiniz.

5. Foto və videoları yükləmə

Məlum olduğu kimi, hazırda “instagram” istifadəçiləri sosial şəbəkəyə qoyduqları görüntüləri telefonlarına geri yükləyə bilmirlər. Bu funksiya vasitəsilə çoxdan paylaşdığınız, daha sonra isə telefonunuzdan silinən fotoları geri qaytara biləcəksiniz.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2654
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."