İntihar edən əsgər torpağa tapşırıldı - Fotolar

media-hightechnic-468x90

Yanvarın 29-da ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində təmas xəttində intihar edən əsgər Xanəli Fəttayevin cənazəsi ötən gün gecə satlarında ailəsinə verilib. O, bu gün yaşadığı Binə qəsəbəsi “Südçülük Savxozu” adlı ərazidəki qəbiristanlıqda torpağa tapşırılıb.

Musavat.com-un müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, əsgərin dəfni zamanı izdiham yaşanıb. Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edirlər.

Bu gün Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub: “İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır. Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik”.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600