Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva bu gün vəfat edib.
“Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. O, mənim üçün dostdan da artıq idi. Onun anası ilə də çox yaxşı münasibətimiz olub. Onun anasını intiharda günahlandıran ağılsızlar ölsün”.
“Elina məktəbdə onu döydüklərini deyirdi. Ona görə mən onunla birlikdə dəfələrlə direktor və müavininin yanına gedərək, kömək istəmişdik. Onlar isə “sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil” cavabını verirdilər. Halbuki Elina özünü öldürmək istədiyini də onlara deyirdi. Günahkar məktəbdir”, – Zuleyxa qeyd edib.
Elinanın rəfiqəsi də məktəbə getməkdən imtina etdiyini, yoxsa özünü öldürəcəyini bildirib.
“Mənim əzizim sən mənim üçün əbədi yaşayacaqsan. Sən hər zaman mənim ən yaxın rəfiqəm, mənim bacım, mənim həyatım olacaqsan.”
www.yenicag.az