İntiqam Əliyev 3 aylıq həbs edildi

media-hightechnic-468x90

pl

Xəbər verildiyi kimi, bu gün hüquqşünas İnqiqam Əliyev saxlanılaraq Baş Prokurorluqda dindirilib, daha sonra ofisində axtarış aparılıb və konkret ittiham maddələri ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə aparılıb. 
Musavat.com əməkdaşının verdiyi xəbərə görə, məhkəmə prosesi 1 saat yarım çəkib. Məhkəmə binasının önündə çoxlu media nümayəndələri və hüquq müdafiəçiləri olub. İ.Əliyevin vəkili Anar Qasımlı media qarşısına çıxaraq, bildirb ki, İntiqam Əliyevin barəsində CM-in 3 maddəsi ilə (192, 213, 308) 3 ay həbsqətimkan tədbiri seçilib.

O, deyib ki, müvəkkilinə qarşı əsas ittiham qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma olub. İ. Əliyevi ayrı-ayrı qrant layihələrini qanunsuz nəğdləşdirməkdə, onları qeydiyyatdan keçirtməməkdə suşçlayıblar. A. Qasımlı dərhal qeyd edib ki, bu hərəkətətlər cinayət məsuliyyəti yaratmır, inzibati məsuliyyət yaradır: “Bunu qarşılığı cərimədir”. 

***

İntiqam Əliyev məhkəməyə aparıldı

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, İ. Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində baxılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600