Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“iPhone” istifadəçilərinə BƏD XƏBƏR - Bank kartı, parollar...

“iPhone” və ya “iPad” qurğularının məlumat mübadilə buferinə kopyalanan məlumatlara çıxış əldə etməyə imkan verən boşluq aşkarlanıb.

Yenicag.az “Lenta”ya istinadən xəbər verir ki, bu barədə proqramçı Tommi Misk bloqunda qeyd edib.

O bildirib ki, bufer mübadilə məlumatları “iOS” sisteminə quraşdırılan istənilən, o cümlədən zərərli proqramlardan istifadə edə bilər. Bu isə o deməkdir ki, fırıldaqçılar tərəfindən praktiki olaraq istifadəçinin istənilən şəxsi məlumatının ələ keçirilməsi mümkündür. Bundan başqa, bank kartı məlumatları və parollar təhlükə altındadır.

Proqramçının sözlərinə görə, istifadəçi fotoşəkili kopyalayan zaman mübadilə buferinə şəkillə yanaşı, onun xüsusiyyətlərində saxlanılan bütün məlumatlar köçürülür. Məsələn, “GPS” koordinatları barədə informasiya – istifadəçi bilmədən olduğu yeri göstərir.

Mütəxəssis əlavə edib ki, fərdi məlumatların oğurlanması “iPhone” və “iPad” sahibləri hiss etmədən baş verir. O əmindir ki, mübadilə buferi məlumatlarından (kamera və ya kontaktlara çıxışda olduğu kimi) istifadə üçün istifadəçinin razılığı olmalıdır. Lakin “Apple” şirkəti tərəfindən məsələ ilə bağlı proqramçıya ünvanlanan cavabda aşkarlanan problemin boşluq hesab edilməməsi və onun aradan qaldırılmasının planlaşdırılmaması bildirilib.

www.yenicag.az

473
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100