İpoteka ilə ev almaq istəyən qadının başına oyun gəldi

media-hightechnic-468x90

Bakıda qadın dələduzluqda ittiham olunur.

Yenicag.az xəbər verir ki, K.Kazımova barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb. O, öz həmcinsi olan N.Osmanovanı aldadaraq, dələduzluq yolu ilə pulunu mənimsəməkdə təqsirli bilinir.

Məlumata görə, N.Osmanova ipoteka ilə ev almaq istəyib. Bunu bilən K.Kazımova ona kömək edəcəyini bildirib. Kazımova Osmanovanın ipoteka ilə ev almaq istəyini “reallaşdırmaq” üçün ondan 3 500 manat pul alıb. Ancaq pulu aldıqdan sonra vədinə əməl etməyib.

Aldanıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda K.Kazımovanın cinayət işi Nizami Rayon Məhkəməsində araşdırılır./Lent.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600