“İqtidar təşkilatımızı dövlət qeydiyyatına almayacaq”
Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov açıqlamasında rəhbəri olduğu təşkilatın hazırkı vəziyyəti və gələcək aqibəti ilə bağlı gözləntilərini açıqlayıb:
“AR Ali Məhkəməsi ATİB-ni dövlət qeydiyyatına almaqdan imtina etdi. Biz də təsisçilər olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə məcbur olmuşuq. Ona görə də fəaliyyətimizi dayandırmışıq.Vətəndaş olaraq, ölkə Konstitusiyasına və AR-nın insan haqqları ilə bağlı qoşulduğu Beynəlxalq Konvensiyalara söykənməyi üstün tuturuq. Məhz ona görə də, insan hüquq və haqlarını qoruyan yeganə qanuni yol bu instansiyadan keçdiyini nəzərə alaraq, ora müraciət etmişik. Gözləntilərimiz ondan ibarətdir ki; hətta, Avropa İnsan Hüquqları Məhkəməsi xeyrimizə qərar çıxartsa belə, indiki Azərbaycan iqtidarı ATİB-ni bu adda Dövlət qeydiyyatına almayacaqdır”.