İrana qaçaqmalçılıq yolu ilə nüvə materialları keçirməkdə ittiham olunan Yaponiyanın cinayət təşkilatı Yakuzanın lideri Takaşi Ebisava törətdiyi cinayəti etiraf edib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Takaşi Ebisava məhkəmədə Myanmadan İrana və başqa bir neçə ölkəyə nüvə materiallarının qaçaqmalçılığı ilə məşğul olduğunu deyib.
O, cinayətkarlar şəbəkəsinin əməkdaşlığı ilə atom silahları üçün lazımi konsentrasiyaya malik uran və plutoniumu qaçaqmalçılıq yolu ilə İrana göndərdiyini söyləyib.
www.yenicag.az