“ABŞ-ın İraqın Mosul şəhərindəki hərbi cinayəti məhkəmə araşdırmasının predmeti olmalıdır”.
Yeniçağ.Az xəbər verir ki, bunu bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bəyan edib.
Ə. Şamxani deyib ki, terrorla mübarizə adı altında Mosulda dinc sakinlərə qarşı törədilən hərbi cinayət obyektiv məhkəmə araşdırmasının predmeti olmalıdır: “Terrorçular kimi dinc sakinlərin ölümünün məqsədli fəaliyyətin nəticəsi olmadığını bəyan etmək ABŞ-ı məsuliyyətini aradan qaldırmır. Digər tərəfdən, İraq ərazisində, o cümlədən Suriyada istənilən hərbi əməliyyat bu ölkələrin hakimiyyətlərinin rəsmi icazəsinə əsaslanmalıdır. BMT Təhlükəsizlik Şurası İraq və Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını tələb etməlidir. Söhbət özlərini BMT-dən üstün hesab edən dövlətlərdən gedir ”.
Qeyd edək ki, martın 25-də ABŞ-ın hərbi təyyarələrinin Mosulun qərbinə endirdiyi zərbə nəticəsində 100-dən çox dinc sakin ölüb. Pentaqon dinc sakinlərin hava zərbəsi nəticəsində öldüklərini etiraf edib. (APA)
Yeniçağ.Az
www.yenicag.az