İran ABŞ-la danışıqların növbəti mərhələsi üçün təklif aldığını bildirdi

media-hightechnic-468x90

İran ABŞ-la dolayı danışıqların beşinci raundu üçün təklif alıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

“Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq və bu, nəzərdən keçirilir”.

Təklif olunan danışıqların məzmunu və vaxtı barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, İran-ABŞ danışıqlarının 4 raundu İtaliya və Omanda keçirilib.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa