“Ermənistan, əslində, üçüncü qüvvələrin əli Azərbaycanın müharibəni davam etdirməsində maraqlıdır”.
Bunu Ermənistanın indiki mərhələdə Azərbaycanla hərbi münaqişəyə girmə ehtimalından danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, hazırda Ermənistanın Azərbaycanla aktiv hərbi əməliyyatlar aparmaq gücü yoxdur:
“Ərazilərdə separatçı rejimin 10 minə yaxın əli silahlı terrorçu hərbçisi var. Həmin terrorçular ya mülkiləşdirilməli, ya silahsızlaşdırılmalı, ya da ərazilərimizdən çıxarılmalıdır. Bunu separatçılar etməsə, Azərbaycan gərək antiterror əməliyyatı həyata keçirsin. İnteqrasiya məsələsinə müsbət mesaj versələr, antiterror əməliyyatına ehtiyac qalmayacaq.
Görünür, separatçı rejimin Ermənistandakı havadarları separatçıları cəsarətləndirir. Separatçılar da inteqrasiyanın mümkünsüzlüyü və döyüşəcəkləri barədə bəyanatlar verir”.
E.Şıxəliyev bildirib ki, Ermənistan hazırda İranla Azərbaycanın münasibətlərinin gərginləşməsində maraqlıdır:
Üçüncü qüvvələrin gücü ilə İranla münasibətlərimizi gərginləşdirməyə təhrik edirlər. Azərbaycan bunun fərqindədir.
Şuşa bəyannaməsindən sonra Türkiyə ilə müttəfiqliyimiz indiki mərhələdə Azərbaycana qarşı müxtəlif aqressiv addımları neytrallaşdırır”.
Nəsimi Ələsgərli
www.yenicag.az