İran BƏƏ-dən TƏZMİNAT TƏLƏB EDİR: ABŞ-yə yardım etdiyinə görə...
İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrdə vasitəçilik etməkdə ittiham edərək rəsmi təzminat tələbi irəli sürüb.
Yenicag.az “Nournews”a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı rəsmi məktubda bildirib.
Məktubda BƏƏ-nin fəaliyyəti kəskin tənqid olunub:
“BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə şərait yaratması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dövlətlər buna görə birbaşa məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş həm maddi, həm də mənəvi ziyanı tam şəkildə ödəməlidir”, – deyə İrəvani vurğulayıb.













