İran çempionatının oyununa “Ana yurdum Azərbaycan” sloqanı ilə çıxdı

media-hightechnic-468x90

İranın “Persepolis” klubunun Cənubi Azərbaycandan olan futbolçusu Əhməd Kamdar ölkə çempionatının 18-ci turu çərçivəsində “Naft Tehran”a qarşı keçirdikləri oyunda formasının altına “Ana yurdum Azərbaycan” sözləri yazılmış köynəklə çıxıb.

Yenicag.az xəbər verir ki, o, bununla bir müddət öncə “Persepolis” – “Traktorsazi” matçında azərbaycanlılara və türklərə qarşı öz komandasının azarkeşləri tərəfindən göstərilən irqçi təzahüratlara etirazını nümayiş etdirib. Belə ki, həmin oyunda “Persepolis” fanatları qonaq komandanı, eləcə də onun təmsil etdiyi Cənubi Azərbaycanı və burada yaşayan azərbaycanlıları təhqir etmişdilər.

Təbrizdə anadan olan Ə. Kamdar isə tərəfdarlarının bu hərəkətlərindən xoşlanmadığını xüsusi yolla göstərməyə çalışıb. O, “Perspolis”də forma geyinməsinə baxmayaraq, azərbaycanlı olmaqdan qürur duyduğunu nümayiş etdirib.

Xatırladaq ki, Kamdar daha öncə Təbrizin “Traktorsazi” və “Göstəriş” klublarında da oynayıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa