İran: "Hörmüz boğazında təhlükəsizliyin pozulmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür"

media-hightechnic-468x90

İranın BMT yanındakı Daimi Nümayəndəliyi Hörmüz boğazında təhlükəsizliyin pozulmasına görə məsuliyyətin ABŞ-nin üzərinə düşdüyünü bəyan edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Khabar Fouri” məlumat yayıb.

Bildirilib ki, İran 1982-ci il Dəniz Hüququ Konvensiyasına qoşulmayıb və müqavilələrin müddəalarını yerinə yetirməyə özünü borclu hesab etmir:

“İran əsas sahilyanı dövlət kimi, təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq və hərbi xarakterli sui-istifadənin qarşısını almaq üçün Hörmüz boğazında müvafiq tədbirlər görmək hüququna malikdir”.

Qeyd olunub ki, dəniz daşımalarının pozuntuları və nəticələrinə görə məsuliyyət ABŞ-nin üzərinə düşür. “Bölgədə davamlı sülhə yalnız İrana qarşı təcavüzün daimi dayandırılması, təkrarlanmamasına dair etibarlı zəmanətlərin verilməsi və suveren hüquqlarına tam hörmət edilməsi ilə nail oluna bilər”, – İranın BMT yanındakı Daimi Nümayəndəliyindən bildirilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05