İran körfəzdə gəmini girov götürdü - Gəmi Böyük Britaniyaya aiddir?

media-hightechnic-468x90

İran hərbçiləri Oman körfəzində 12 nəfər heyəti olan gəmini girov götürüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması həyata keçirib.

İran tərəfi verdiyi açıqlamada gəmi heyətini 1 milyon barrel həcmində neft qaçaqmalçılığında günahlandırıb.

İndi bölgədəki kritik vəziyyəti diqqət mərkəzində saxlayan siyasi institutlar və şərhçilər hadisənin ötən həftə Böyük Britaniyanın İran gəmisini saxlamasına cavab kimi qiymətləndirib. Onlara görə, saxlanılan gəminin Böyük Britaniyaya aid olması etimalı da var.

Qeyd edək ki, keçən həftə İran gəmisinin saxlanılmasına münasibət bildirən rəsmilər adekvat cavab veriləcəyi ilə bağlı təhdid etmişdi.

Həşim Səhrablı 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa