İran millisi DÇ-2026-da iştirak edəcək? - Nazir AÇIQLADI

media-hightechnic-468x90

“İdmançıların təhlükəsizliyinə tam zəmanət veriləcəyi təqdirdə, hökumət mövcud şəraiti dəyərləndirərək milli komandanın dünya çempionatına yollanmasına yaşıl işıq yandıracaq. Əsas vəzifəmiz millinin yüksək hazırlıq səviyyəsini qorumaq və bütün logistik məsələləri vaxtında həll etməkdir”.

media-banner_tuq

Yenicag.az “Tasnim” nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə İranın idman və gənclər naziri Əhməd Dünyamalı çıxış edib.

Nazir ölkənin futbol yığmasının ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026-da iştirak perspektivləri ilə bağlı ünvanlanan sualı cavablandırarkən bu nüanslara toxunub.

Hökumət rəsmisinin sözlərinə görə, ABŞ və İsrail ilə münasibətlərdəki mövcud vəziyyətin sabitləşməsi milli komandanın mundiala qatılmaq şanslarını birbaşa artırır: “Əgər gərginlik artmaqda davam edərsə, yaranmış kritik amilləri nəzərə alaraq daha ciddi qərarlar verməyə məcbur olacağıq”.

Xatırladaq ki, növbəti dünya çempionatı iyunun 11-dən iyulun 19-dək baş tutacaq və turnirdə 48 ölkənin milli komandası mübarizə aparacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05