İran-Azərbaycan münasibətlərində YENİ SƏHİFƏ: Səmimi niyyət, yoxsa zərurət?

media-hightechnic-468x90

“İranla Azərbaycan arasında son görüşlərdə səslənən mesajlar və İşçi Qrupunun yaradılması təşəbbüsü müəyyən dərəcədə səmimi niyyətin göstəricisi kimi görünə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-1660289234_aydin

O bildirib ki, nəqliyyat və gömrük məsələlərinin həll olunması iki ölkənin iqtisadi maraqlarına bilavasitə xidmət edir:

“İran üçün regionda etibarlı tərəfdaş, Azərbaycan üçün isə təhlükəsiz və maneəsiz kommunikasiya xətləri həyati əhəmiyyət daşıyır. Bununla belə, bu təşəbbüslərin ardıcıllığı və praktiki nəticələri İran tərəfinin səmimiyyətinə real qiymət verilməsinə imkan yaradacaq. Bu addımların zərurətdən doğduğunu inkar etmək mümkün deyil. İranın regional təcridini yumşaltmaq, Azərbaycanın isə iqtisadi tranzit imkanlarını genişləndirmək üçün dialoq və əməkdaşlıq məcburidir. Belə şəraitdə münasibətlərin normallaşdırılması sadəcə xoş niyyətin deyil, həm də qaçılmaz geosiyasi və iqtisadi reallığın nəticəsi kimi dəyərləndirilə bilər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa