İran prezidenti Livanla bağlı xəbərdarlıq etdi

media-hightechnic-468x90

“Livandakı vəziyyət bütün dünya üçün təhlükəli regional münaqişəyə çevrilə bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri İran prezidenti Məsud Pezeşkian deyib.

“Livanda baş verən hadisələrin alovunun bütün bölgəyə sirayət etməsi təhlükəsi var. Biz Livanın İsrailin əlində başqa bir Qəzzaya çevrilməsinə imkan verməməliyik”, -o, CNN-ə müsahibəsində deyib.

Pezeşkian xəbərdarlıq edib ki, bu hadisələr “dünyanın gələcəyi və Yer planetinin özü üçün təhlükəli” olacaq regional münaqişəyə çevrilə bilər.

“Biz İsrailin davam edən cinayət əməllərinin qarşısını almalıyıq. “Hizbullah” Qərb dövlətləri tərəfindən qorunan, dəstəklənən və təchiz edilən bir ölkəyə (İsrail) qarşı təkbaşına dayana bilməz”, – deyə İran prezidenti yekunlaşdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600