İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib

media-hightechnic-468x90

İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Iran Air” aviaşirkətinin nümayəndəsinə istinadən “Frans Press” məlumat yayıb.

“Hazırda tez xarab olan məhsullar, xüsusilə meyvə və tərəvəzlə dolu beş təyyarə Qətərə göndərilib. Onların hər birində 90 tona yaxın yük var. Daha bir təyyarə bu gün uçacaq”, — deyə şirkət nümayəndəsi Şahroş Nouşabadi bildirib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviyanın şərq hissəsi, Yəmən, həmçinin Maldiv adaları Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa