İran savaşa “davam” dedi: Müctəba Xamenei seçimində GİZLƏNƏN MESAJ - DOSYE

media-hightechnic-468x90

İran müharibənin doqquzuncu gününə daxil olarkən, Ekspertlər Məclisi bazar axşamı açıqlama yayıb. Yenicag.az xəbər verir ki, açıqlamada fevralın 28-də Tehrana qarşı ABŞ və İsrailin hücumlarının başlanğıcında öldürülən Əli Xameneinin yerinə İranın yeni ali dini lideri olaraq Müctəba Xamenei seçilib. Müctəba Xamenei öldürülən dini liderin ikinci oğludur.

media-banner_tuq

88 üzvdən ibarət olan Ekspertlər Məclisi bəyanatında qeyd edib ki, “bu gün keçirilən fövqəladə iclasda Ekspertlər Məclisinin seçilmiş nümayəndələrinin həlledici səsverməsi nəticəsində Müctəba əl-Hüseyni Xamenei İran İslam Respublikasının yeni ali lideri təyin olunub”. Bununla da o, 1979-cu il İslam inqilabından sonra İranın üçüncü ali lideri olur.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp Tehrana qarşı aparılan hava əməliyyatları ilə bağlı açıqlamasında bildirib ki, bu kampaniya İran rəhbərliyindəki bütün potensial liderləri hədəfə ala və İran ordusunu tamamilə sıradan çıxara bilər.

media-img_1660İİran İnqilab Keşikçiləri Korpusu isə Vaşinqton və Tel-Əvivə qarşı müharibənin ən azı altı ay davam edə biləcək “şiddətli qarşıdurma” mərhələsinə keçə biləcəyini açıqlayıb. İsrail ordusu da münaqişənin uzun müddət davam etməsi ehtimalının yüksək olduğunu bildirib.

Onu da qeyd edək ki, yeni dini lider İran İnqilab Keşikçiləri Korpusunun arzuladığı şəxs idi və onun seçilməsi radikal ritorikanın davamı anlamına gəlir. Belə ki Ruhani və ya Laricaninin qərblə daha loyal siyasət yürüdəcəyi, oğul Xameneinin isə atasından daha sərt siyasət yürüdəcəyi ehtimal olunur.

Müctəba Xamenei kimdir?

media-img_1661Müctəba Xamenei 8 sentyabr 1969-cu ildə İranda anadan olub. O, 2026-cı ildə həyatını itirən İranın ali dini lideri Əli Xameneinin oğludur. Orta məktəbi bitirdikdən sonra dini təhsil almağa başlayan Müctəba Xamenei ilk dini biliklərini atasından – Əli Xameneidən və tanınmış din xadimi Mahmud Haşimi Şahrudi kimi alimlərdən alıb.

1999-cu ildə din xadimi olmaq məqsədilə təhsilini İranın Qum şəhərində davam etdirib və burada dini seminariyada (mədresədə) oxuyub. Digər qardaşları ilə müqayisədə ictimaiyyət qarşısında daha az görünməsinə baxmayaraq, zaman keçdikcə İranın dini və siyasi dairələrində təsirli fiqurlardan biri kimi tanınmağa başlayıb.

Rəsmi dövlət vəzifəsi olmasa da, Müctəba Xameneinin xüsusilə 2000-ci illərdən etibarən ölkənin ali rəhbərlik çevrəsində təsirini artırdığı və ali dini liderin ofisində mühüm mövqeyə sahib olduğu qeyd olunur. Həmçinin onun İran İnqilab Keşikçiləri Korpusu və təhlükəsizlik strukturları ilə yaxın əlaqələr qurduğu da tez-tez vurğulanır.

Ekspertlər 2024-cü ildə helikopter qəzasında həlak olan keçmiş İran prezidenti İbrahim Rəisinin ölümündən sonra Müctəba Xameneini İran rəhbərliyində mümkün varislərdən biri kimi qiymətləndirirdilər.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05