!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Tehran yaxınlığında terrorçulara təlim keçir

!Reklam – Yazi

Məsud Pezeşkianın gərginliyin azaldılması ilə bağlı çıxışları ilə eyni vaxtda 10 gün əvvəldən başlayaraq SEPAH Tehranın 110 kilometr cənub-şərqində, Vəramin yaxınlığındakı bazada Fələstin və Yəməndən olan proksi qüvvələrə geniş təlim kursu keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə xarici media İrandakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Vəramin yaxınlığındakı “Şəhid Şəbani” təlim düşərgəsində 300-ə yaxın fələstinli və yəmənli silahlının qısamüddətli təlim kursunun son mərhələsi keçirilir.

Mənbələr bildiriblər ki, keçirilən təlimlərin mahiyyəti göstərir ki, bu təlimlər hücum xarakterlidir və bu qüvvələr İranın göstərişi ilə həyata keçirilən hücumu hazırlamaq məqsədi daşıyır.

Bu təlimlərə partizan döyüş təlimləri, quru və piyada hücumları, girov götürmə, bombaların hazırlanması daxildir.

Qeyd edək ki, “Şəhid Şəbani” təlim düşərgəsi son illər İranın İraq, Suriya, Yəmən, Fələstin və başqa ölkələrdəki proksi qüvvələrinin əsas təlim mərkəzlərindən biri kimi fəaliyyət göstərib.

COP29

www.yenicag.az

62
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv