!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran xalqının haqq səsini dəstəkləyirik” - Vaşinqton

!Reklam – Yazi

Tehranda inflyasiya əleyhinə nümayişlər davam edir.

Yenicag.az xəbər verir ki, yüksək inflyasiya əleyhinə başlanan nümayişlər, ölkənin hər yerində, o cümlədən Tehran, İsfahan və Kərəci şəhərlərində hələ də geniş vüsətdə davam edir.

Xatırladaq ki, May ayında Birləşmiş Ştatlar 2015-ci ildə dünya dövlətləri ilə Tehran arasında imzalanan müqavilədən imtina edərək, İrana qarşı nüvə proqramı məsələsində anlaşılmazlıqla əlaqədar sanksiyaları bərpa etmişdi. Vaşinqton bunu daha dinc dünya yarada bilmək üçün İranın nüvə proqramını azaltmasının vacibliyi ilə əlaqələndirmişdi. Bundan sonra İranda kəskin inflyasiyalar başlamış və etirazlara səbəb olmuşdu.

Etirazlar dinc nümayişlər şəklində başlamış, daha sonra dövlət binalarına hücum ediləcək qədər kəskinləşmişdi.

Tehranda, küçə nümayişçiləri sosial media istifadəçilərinin yaydıqları videolara görə “Diktatorun ölümü” deyə çağırışlar ediblər.

ABŞ Dövlət Departamenti fars dilində Twitter hesabatında: “Nəhayət, ölkə əhalisi yolunu müəyyən etmək üçün haqqını tələb edir. Amerika İran xalqının haqq səsini dəstəkləyir” – şəklində paylaşım edib.

Eyni zamanda, 7 avqustda Vaşinqton İranın ABŞ dolları alışına, qızıl və qiymətli metal ticarətinə, kömür və sənaye ilə əlaqəli proqramlara sanksiyalarını təkrar edəcək. İrandan idxal olunan qida maddələrinə və maliyyə əməliyyatlarına sanksiyalar tətbiq olunacaq.

Ekspertlərin fikrincə sanksiyalar İran neft bazarına da təsirsiz ötüşməyəcək.

www.yenicag.az

1265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv