İran XİN: ABŞ sanksiyaların ləğvi ilə bağlı zəmanət verməyib
ABŞ tərəfi Tehranın nüvə proqramı ilə bağlı ehtimal olunan sövdələşmə çərçivəsində İrana qarşı sanksiyaların ləğvi ilə bağlı hələ zəmanət verməyib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“Bu mövzu ilə bağlı ABŞ tərəfindən indiyədək heç bir izahat alınmayıb. İran xalqına qarşı tətbiq edilən amansız sanksiyaların necə aradan qaldırılacağı bizə tam aydın olmalıdır. Biz keçmiş təcrübənin təkrarlanmayacağına və həqiqətən də iqtisadi, bank və ticarət sahələrində sanksiyaların ləğvini görəcəyimizə əmin olmalıyıq”, – diplomat əlavə edib.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirmişdi ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff İran hökumətinə Tehranın nüvə proqramı ilə bağlı ətraflı və məqbul təklif göndərib.