İrana mütəxəssislər və tibbi ləvazimatlar göndərilib

media-hightechnic-468x90

Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19 koronavirusuna qarşı mübarizədə dəstək məqsədilə İrana ilk yardım təyyarəsini göndərib.

Yenicag.az xəbər verir ki, martın 2-də Dubaydan yola düşən təyyarə altı mütəxəssis və tibbi ləvazimatları İrana çatdırıb. Ümumilikdə 7,5 tonluq tibbi ləvazimatlar əsasən əlcək, maska və nəfəsalma aparatlarından ibarətdir. Tibbi ləvazimatların ümumi dəyəri 300 min ABŞ dollarına bərabərdir.

DST-nin təmsilçisi Robert Blanşard bildirib ki, tibb mütəxəssisləri İranın səhiyyə qurumlarını pasiyentlərin müayinə edilməsində və diaqnozun qoyulmasında, eləcə də koronavirusa qarşı effektiv mübarizə aparılmasında dəstəkləyəcək./AZƏRTAC/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa