İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Xocadək qəsəbəsində zəlzələ olub.
Yenicag.az xəbər verir ki, Tehran Geofizika İnstitutunun Seysmoloji mərkəzi zəlzələnin 6,2 bal gücündə olduğunu bildirib. Yerli vaxtla saat 12:13-də baş verən təkan yerin 10 kilometr dərinliyində qeydə alınıb. Amerikan Geologiya Araşdırma Mərkəzinin məlumatına görə zəlzələ 5,9 bal gücündə olub. Zəlzələnin vurduğu ziyan barədə hələlik heç bir rəsmi açıqlama verilmir.
Qeyd edək ki, dünən axşam saatlarında da İran-İraq sərhəddində yeraltı təkan olmuşdu.
www.yenicag.az