İranda İŞİD-çilər həbs olunur
İranda İraq Şam İslam Dövləti qruplaşmasının üzvləri həbs olunub.
İranın Daxili İşlər Nazirliyi terror qruplaşmasına qoşulmaq məqsədi ilə İraqa getmək istəyən əfqanların və pakistanlıların həbs olunması ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyi İŞİD-in İrana hücum etmçək planları barədə məlumatlarinın olduğunu bildirib.
Daxili işlər naziri Əbdül Reza Fazli İranın sərhəd rayonlarında qruplaşmanın tərəfdarlarının pul yığması haqda xəbərləri isə təkzib edib.
Qeyd edək ki, İran dəfələrlə terror qruplaşmasına qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu bəyan edib. (anspress.com)