İranda simvolik DƏYİŞİKLİK: Tehran qlobal siyasi düzəni yenidən formalaşdıracaq?

media-hightechnic-468x90

Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş, xüsusi olaraq “Yeni Çağ” üçün

media-banner_tkm

İranda baş verənləri artıq təkölçülü bir münaqişə narrativi ilə izah etmək mümkün deyil. Hakim mənzərəni sadəcə sərhədyanı əməliyyatlar və ya proksi qüvvələr üzərindən oxumaq olmaz, ölkə öz daxili strukturunu yenidən təşkil edərkən qərar qəbuletmə mexanizmlərini tamamilə strategiya və nəzarət oxuna daşıyıb. İnqilabdan sonra qurulmuş ideoloji tarazlıq çöküb, dini avtoritet, siyasi qurumlar və bürokratik şəbəkələr arasındakı köhnə harmoniya artıq qüvvədə deyil. Real güc, müharibə və böhran şəraitinin diktə etdiyi formada təhlükəsizlik və hərbi dairələrin əlinə keçib.

media-d15c7480-7adc-41c0-9981-babc05fcd107

İqtisadi sahələr və müdafiə sənayesi münaqişənin yaratdığı təzyiq altında bu mərkəzlərin nəzarətinə daxil olur. Rəsmi ritorika hələ də ideoloji görünsə də, dövlətin faktiki fəaliyyəti strateji maraqları və təhlükəsizliyi prioritetləşdirən reflekslər üzərində qurulub. Bu vəziyyət İranın xarici siyasət gedişlərindən tutmuş, cəbhədəki hərəkətlərinə qədər hər bir qərarda özünü göstərir. Zahirən ideoloji liderlik davam etsə də, real idarəetmə bürokratik və hərbi şəbəkələrin nəzarətindədir.

Xarici kəşfiyyatın təsiri əvvəllər heç vaxt olmadığı qədər barizdir. Sızma cəhdləri, alimlərə qarşı sui-qəsdlər, kritik obyektlərdəki təxribatlar və kiber əməliyyatlar sadəcə keçmiş hadisələr deyil, bunlar sistemin kövrəkliyini ortaya qoyan və hazırda davam edən amillərdir. İran lider təhlükəsizliyi və dövlət daxilindəki əlaqələrin bütövlüyü məsələsində daimi olaraq ehtiyatlıdır. Bu vəziyyət təkcə Xamenei ailəsi və ya dini liderlik məqamı üçün deyil, bütün dövlət strukturu üçün keçərlidir.

Əli Xameneinin ölümü prosesin ən kritik qırılma nöqtələrindən biri idi. Bu hadisə müharibənin yaratdığı xaosla birləşincə dövlət daxilində həm şok, həm də yenidənqurma effekti yaratdı. Müctəba Xameneinin yeni dini lider təyin edilməsi simvolik davamlılığı təmin etsə də, faktiki olaraq müstəqil fəaliyyət sahəsi məhduddur. Onun gücü atasının mirasına və ətrafındakı hərbi-təhlükəsizlik şəbəkələri ilə olan əlaqəsinə söykənir. Dini liderlik simvolik olsa da, real nüfuz İnqilab Keşikçiləri Korpusu (SEPAH) və yüksək rütbəli bürokratik dairələrin əlindədir.

Münaqişə mühiti bu mənzərəni daha da möhkəmləndirir. Qərar qəbuletmə mexanizmləri getdikcə dar bir çevrənin nəzarətinə keçir, daxili güc mərkəzləri bir xətt üzrə düzülür və xarici müdaxilələrə qarşı daimi həyəcan vəziyyəti yaradılır. Belə bir mühitdə Müctəba Xameneinin liderliyi simvolik səlahiyyətlə məhdudlaşa bilər. Onun effektivliyi sistem daxilindəki balanslardan və sağ qalmağı bacaran aktorların dəstəyindən asılı olacaq.

Bu proses sadəcə bir liderlik məsələsi deyil, dövlətin xarakterinin köklü şəkildə yenidən formalaşdığını göstərir. Mərkəzçilik köhnə ideoloji tarazlıqları əvəz edib. Bu durum həm daxili siyasətə, həm də İranın regional strategiyalarına birbaşa təsir göstərir. Ölkə artıq qərarlarını simvolik dini liderlik vasitəsilə deyil, real güc şəbəkələrinin dinamikası əsasında qəbul edir.

İrandakı prosesləri anlamaq üçün yalnız cəbhədəki toqquşmalara baxmaq kifayət deyil. Görünməyən mübarizələr, kəşfiyyat sızmaları və daxili güc konsolidasiyası dövlətin gələcək duruşunu müəyyən edəcək. Müharibə başa çatdıqda ortaya çıxacaq mənzərə klassik ideoloji inqilab dövlətindən çox, mərkəzi və nəzarət yönümlü bir strukturu nümayiş etdirəcək. Müctəba Xamenei simvolik fiqur kimi qala bilər, lakin dövlətin real idarəçiliyi sistem daxilindəki aktorların əlində formalaşacaq.

Bu kontekstdə İranın yaxın dövrdəki gedişləri yalnız hərbi potensial və ya xarici siyasət ilə izah edilə bilməz. Daxili mübarizə və kəşfiyyat balansları münaqişənin özündən daha həlledici olacaq. Dövlət strukturundakı bu yenidənqurma regional güclər nisbətini uzunmüddətli perspektivdə müəyyən edən əsas amildir. İran açıq münaqişənin kölgəsində səssiz, lakin köklü bir transformasiya keçirir. Bu proses tamamlandıqda ortaya çıxacaq yeni struktur nəinki sərhədləri qoruyacaq, həm də bütün regional strategiyanı yenidən təyin edəcək.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05