!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda 66 nəfərin öldüyü təyyarə qəzasının səbəbi açıqlandı

!Reklam – Yazi

İranda baş vermiş təyyarə qəzasının səbəbi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, yerli mətbuat “Aseman Airlines” şirkətinə istinadən təyyarənin Dena dağına çırpıldığını açıqlayıb.

Qeyd edək ki, həmin ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Bu üzdən xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı ərazidə eniş edə bilmədiyi bildirilir.

Xatırladaq ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra yerə düşüb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza zamanı sağ qalan olmayıb.

COP29

www.yenicag.az

3255
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv