İrandakı iğtişaşlarda ölən polislərin sayı bilindi

media-hightechnic-468x90

İranda iğtişaşlar zamanı 100-dən çox polis və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik güclərindəki mənbə məlumat yayıb.

Onun sözlərinə görə, son beş gün ərzində yüzlərlə mülki şəxs də yaralanıb. Bildirib ki, iğtişaşlar respublikanın 31 vilayətində 500-dən çox yerdə qeydə alınıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa