Bu gün İranın Xuzestan əyalətində 5.6 bal gücündə baş verən güclü zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb.
Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Yenicag.az-a açıqlamasında İranda baş verən zəlzələnin Azərbaycana keçmək ehtimalını dəyərləndirib.
V.Rafiqqızının sözlərinə görə, ölkə ərazisində seysmik sabitlikdir: “İran ərazisində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur. Hazırda bizim ərazilərdə seysmik sabitlikdir. Sonuncu dəfə 06.07.2019-cu il tarixində, yerli vaxtla saat 03:05-də Astara stansiyasından 27 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb, xırda təkanlar hiss olunub”.
Cəvahir
www.yenicag.az