İrandan Rusiyaya kahının içində narkotik aparmaq istədilər

media-hightechnic-468x90

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı iki ədəd paletdəki yeşiklərdə üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 73 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa