!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın ali rəhbərinin müşaviri koronavirusa yoluxdu

!Reklam – Yazi

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti yeni növ koronavirusa yoluxub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edən Ə. Vilayəti koronavirusun əlamətləri müşahidə olunub və karantinə alınıb.

Hazırda ev şəraitində müalicə olunan Ə. Vilayəti özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, koronavirus artıq İranın bütün vilayətlərinə yayılıb. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, virusa yoluxanların sayı 10 mini, ölənlərin sayı isə 400 nəfəri ötüb.

COP29

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv