"İranın maraqlarına zidd olan istənilən hərəkətə cavab verəcəyik" - Rəisi

media-hightechnic-468x90

İran prezidenti İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı zamanı ölkəsinin maraqlarına zidd olan istənilən hərəkətə “dəhşətli cavab” veriləcəyi ilə hədələyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məlumat İran KİV-lərində dərc olunub.

O, təcavüzkarın (İsrail – red.) cəzalandırılması əməliyyatının uğurla keçdiyini vurğulayıb.

“Biz qətiyyətlə bildiririk ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, mütləq dəhşətli, kütləvi və ağrılı cavabla qarşılanacaq”, – deyə o bildirib.

Xatırladaq ki, aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05