İranın Qərblə anlaşması nefti 20 dollar ucuzlaşdıra bilər

media-hightechnic-468x90

images (2)İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına və bu ölkənin neftinin dünya bazarlarına çıxmasına şərait yaradır.

media-banner_tkm

Yenicag.az apa-ya  istinadən xəbər verir ki, sanksiyaların aradan qaldırılmasının perspektivi barədə xəbər aprelin 2-də dünya birjalarında qısa müddətlik neftin 4% ucuzlaşmasına səbəb olub.

“Əgər nəzərdə tutulan razılıq yekunda qüvvəyə minərsə, növbəti aylarda neft bazarında volatillik müşahidə oluna bilər. Belə olan təqdirdə qiymətlər 10, hətta 20 dollar ucuzlaşa bilər”, – deyə “Capital Economics” şirkətinin analitiki Tomas Pyu bildirib.

Eyni zamanda, “Bloomberg” agentliyi yazır ki, İran neftinin dünya bazarlarına dönüşü “qara qızıl”ın qiymətini 1 barelə görə 10 dollar azalda bilər.

Agentliyin keçirdiyi sorğuya cavab olaraq bəzi ekspertlər bildirib ki, yaxın zamanda neftin qiyməti istənilən halda azalacaq. Proqnozların əksəriyyəti 40 dollar üzərində cəmləşir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05