!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın vurduğu İsrail bazasına dəyən zərər ortaya çıxdı – FOTO

!Reklam – Yazi

İranın oktyabrın 1-də İsrailə raket hücumu zamanı hədəfə aldığı 3 əsas hava bazasından birinin dağıdılmasının peyk görüntüləri yayımlanıb.

Yenicag.az xəbər verir ki, görüntüləri “Associated Press” agentliyi yayıb.

Məlumata görə, İsrailin ən əhəmiyyətli hərbi hava bazalarından biri olan Nevatim bazasının peyk görüntülərində uçuş-enmə zolağına yaxın olan təyyarə anqarının damında böyük bir çuxur yaranıb və hücum nəticəsində binaların damları zədələnib.

Nevatim bazasındakı anqarın damından ətrafa böyük dağıntı parçaları səpələnib.

İsrail ordusu hələlik peykdən çəkilən görüntülərə münasibət bildirməyib.

İsrail ordusu dünən verdiyi açıqlamada bəzi hava bazalarının vurulduğunu etiraf etsə də, binaların zədələnmədiyini iddia edib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

56
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv